...

"Bayraktar TB2" yeni mühərriklə ikinci sınaq uçuşunu da uğurla tamamladı

Dünya xəbərləri Materials 20 Aprel 2025 03:02 (UTC +04:00)
"Bayraktar TB2" yeni mühərriklə ikinci sınaq uçuşunu da uğurla tamamladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) şirkətin yeni istehsalı olan "TM100" mühərriki ilə ikinci sınaq uçuşunu da uğurla həyata keçirib.

Trend xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

"Baykar" şirkətinin icraçı direktoru Haluk Bayraktar “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, "Bayraktar TB2" sifariş sayına görə dünya üzrə lider mövqe tutur və rekord həcmdə istehsal olunur.

O, həmçinin vurğulayıb ki, "Bayraktar TB2" öz kateqoriyasında ən çox ixrac edilən taktiki PUA kimi də tanınır.

Xəbər lenti

Xəbər lenti