Bakı. Trend:
Türkiyənin Kastamonu şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 10 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, qəza mikroavtobusun qarşı zolağa çıxaraq yük maşını ilə toqquşması nəticəsində baş verib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların səhhəti ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.