...

Hakan Fidan Ankarada HƏMAS nümayəndə heyəti ilə Qəzza məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 20 Aprel 2025 03:20 (UTC +04:00)
Hakan Fidan Ankarada HƏMAS nümayəndə heyəti ilə Qəzza məsələsini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdəki son vəziyyət, xüsusilə də Qəzzada davam edən humanitar böhran və regional gərginlik müzakirə olunub.

Tərəflər Qəzzada daimi atəşkəsin təmin olunması yollarını, eləcə də humanitar yardımın bölgəyə çatdırılmasının qarşısının alınmasının yaratdığı fəsadları müzakirə ediblər.

Qeyd edək ki, HƏMAS-ın Siyasi Büronun rəhbəri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti bu görüşdən öncə Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla da görüş keçirib.

Xəbər lenti

Xəbər lenti