...

Hindistanın paytaxtında bina uçub

Dünya xəbərləri Materials 20 Aprel 2025 08:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın paytaxtı Nyu-Dehlidə baş verən bina uçqunu faciə ilə nəticələnib – azı 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Trend-in yerli “NDTV” telekanalına istinadla verdiyi məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilsə də, onların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 11 nəfər sağ olaraq çıxarılıb.

İlkin araşdırmalara əsasən, binanın təhlükəsizlik qaydaları pozularaq inşa edildiyi müəyyən edilib. Hadisənin səbəbləri ilə bağlı istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti