...

Vaşinqton Ukraynada gedən müharibədən bezib - Kelloq

Dünya xəbərləri Materials 21 Aprel 2025 10:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton Ukraynada baş verənlərdən bezib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi səfiri Kit Kelloq bildirib.

Kelloqun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun bu yaxınlarda ölkənin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini tərk etməyinin mümkünlüyü barədə söylədikləri nə qədər sərt səslənsələr də, bu belə də olmalı idi.

“Biz orada baş verənlərdən bezmişik. Dünyada ABŞ-nin həlli prosesində iştirak etdiyi çoxlu başqa problemlər də var. Bu müharibə çox uzun sürür”, - Kelloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti