Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin ölümü ilə əlaqədar ABŞ bayraqlarının yarıya qədər endirilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən bütün ictimai binalarda və ərazilərdə, hərbi postlarda və dəniz limanlarında, paytaxtdakı federal hökumət idarələrində və bütün ABŞ-də, o cümlədən, Birləşmiş Ştatların xaricdəki səfirlikləri, nümayəndəlikləri, konsulluq idarələri və digər obyektlərində dəfn olunma günü gün batana qədər bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə qalacaq.
“O yaxşı insan idi. O dünyanı sevirdi və bunu etmək şərəfdir”, - deyə ABŞ Prezidenti sərəncamla bağlı deyib.