...

Tramp Papa Fransiskin dəfn mərasimində iştirak edə bilər

Dünya xəbərləri Materials 22 Aprel 2025 00:05 (UTC +04:00)
Tramp Papa Fransiskin dəfn mərasimində iştirak edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bazar ertəsi vəfat edən Papa Fransiskin dəfn mərasimi üçün bu həftə Vatikana səfər edə bilər.

Trend-in məlumatına görə, bu barədə "The New York Post" qəzeti mənbələrə istinadən xəbər verib.

"Prezident Trampın bu həftənin sonunda Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyi gözlənilir", - deyə qəzet prezidentin planları ilə tanış olan mənbələrə istinadən yazıb.

Bildirilib ki, Papanın dəfn mərasimi onun ölümündən sonra dördüncü və altıncı günlər arasında keçirilməlidir. Hələlik mərasimin dəqiq tarixi müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti