...

ABŞ-nin Yəmənə aviareydləri nəticəsində ölənlərin sayı 500-ə çatıb

Dünya xəbərləri Materials 22 Aprel 2025 12:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin mart ayından bəri Yəmənə endirdiyi aviazərbələr nəticəsində husi üsyançılarının nəzarətində olan bölgədə azı 500 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

“Ən son qiymətləndirmələrə görə, 500-600 husi döyüşçüsü öldürülüb, onların arasında raket sistemləri operatorları və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər də daxil olmaqla yüksək vəzifəli şəxslər yer alır”,- məlumatda qeyd olunub.

Mənbələrin bildirdiyinə görə, ABŞ zərbələri husilərə məxsus bir sıra təlim düşərgələrini tamamilə məhv edib. Telekanalın müsahibələrindən biri əlavə edib ki, ABŞ Yəməndə hərbi əməliyyatlar zonasını genişləndirdiyindən, həlak olanların sayının artacağı istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti