Bakı.Trend:
Ukraynanın hərbi kəşfiyyatı ilk dəfə olaraq Yerin orbitində yerləşən yapon peyklərindən məlumatlar əldə edəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Yaponiyanın “iQPS” institutu ilə Ukraynanın Dövlət Təhlükəsizlik İdarəsi arasında olan saziş Kiyevin Tokyoya məxsus olan SAR peyk sistemindən Kiyevə geoməlumatlar, xüsusilə təsvirlərin ötürülməsini nəzərdə tutur.
Qeyd edilir ki, Ukraynanın İtaliya, Finlandiya və Almaniya ilə də peyk məlumatlarının ötürülməsinə dair sövdələşməsi var.