Bakı.Trend:
Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ittifaq əraizisində baş vermiş atışma nəticəsində azı 25 turist həlak olub, onlarla insan yaralanıb.
Trend xəbər verir ki, bu barədə “The Print” yerli güc strukturlarından olan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, insident Pahalqam adlı məkanda baş verib. Naməlum silahlılar Baysaran vadisində cığırla qalxan turistlərə atəş açmağa başlayıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Yerli hakimiyyət bunu terror aktı kimi qiymətləndirib. Hələlik rəsmi itki sayı açıqlanmayıb.