...

Hindistanda baş verən terror aktında həlak olanların adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Aprel 2025 08:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan hakimiyyəti Cammu və Kəşmir ərazisində çərşənbə axşamı baş vermiş terror aktı nəticəsində həyatını itirən 26 nəfərin adlarını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə News18 telekanalı məlumat yayıb.

Məlumata əsasən, həlak olanların hamısı kişidir. Onların əksəriyyəti Hindistanın müxtəlif bölgələrindən bölgəyə səyahət etmiş turistlər olub. Ölənlər arasında azı iki əcnəbi – Birləşmiş Ərəb Əmirlikləri və Nepal vətəndaşları da var.

ANI agentliyinin verdiyi məlumata görə, Hindistan təhlükəsizlik qüvvələri hadisəni törədən terrorçuların axtarışlarını davam etdirir. Hadisə baş verən ərazi mühasirəyə alınıb, giriş-çıxışlar nəzarətə götürülüb, bütün nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılır.

Hadisənin ciddiyyətini nəzərə alaraq Hindistanın baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfərini yarımçıq qoyaraq səhər saatlarında Yeni Dehliyə qayıdıb. O, dərhal fövqəladə iclas keçirərək müvafiq nazirlər və təhlükəsizlik qurumlarının rəhbərləri ilə vəziyyəti müzakirə edib.

Terror aktı ölkədə dərin narahatlıq yaradıb və hökumət əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüləcəyini bildirib.

XXX

01:18

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində azı 28 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, insident bölgənin populyar turizm məkanlarından biri olan Baysaran vadisində baş verib.

Şahidlərin sözlərinə görə, bir qrup silahlı şəxs sıx meşəlik ərazidən çıxaraq turistlərə atəş açmağa başlayıb. Hücum nəticəsində çox sayda insan həlak olub və yaralananların da olduğu bildirilir.

Hücumdan sonra yaraqlılar hadisə yerindən qaçaraq izlərini itiriblər. Hazırda hücum baş verən ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Polis və hərbi qüvvələr silahlıların axtarışı üzrə genişmiqyaslı əməliyyata başlayıb.

Hadisə ilə bağlı istintaq aparılır, hücumun motivi hələlik açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti