...

ABŞ-də meşə yanğınları - Üç mindən çox insan təxliyə edilib

Dünya xəbərləri Materials 23 Aprel 2025 19:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nyu-Cersi ştatında meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib.

Trend xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda alovun sürətlə yayılması səbəbindən 1300-dən çox bina təhlükə altındadır.

Meşə yanğını aprelin 22-də ştatın inzibati mərkəzi Trenton şəhərinin cənub-şərqində başlayıb və gün ərzində 34 kvadratkilometrdən çox əraziyə yayılıb. Yanğın nəqliyyatın işində xaosa səbəb olub, 25 mindən çox evin elektrik enerjisi kəsilib.

Xatırladaq ki, ötən ilin noyabrında yanğın Nyu-Cersi və Nyu-York ştatlarında böyük meşəlik əraziləri məhv edib.

Xəbər lenti

Xəbər lenti