...

Çin elektrik avtomobilləri Aİ-də yüksəlişdə: Macarıstanda “BYD” liderdir

Dünya xəbərləri Materials 25 Aprel 2025 07:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin istehsalı olan elektrik avtomobilləri Avropa İttifaqı ölkələrində, xüsusilə də Mərkəzi Avropada sürətlə populyarlaşır.

Trend xəbər verir ki, bu tendensiya Macarıstanda xüsusilə nəzərəçarpacaqdır. Belə ki, ölkə hökuməti müəssisələr və dövlət təşkilatları üçün elektromobil alışlarını dəstəkləyən dövlət proqramı elan edib.

Macarıstan Energetika Nazirliyinin məlumatına görə, bir sıra Çin avtomobil istehsalçıları artıq bu dövlət proqramında iştirak etmək üçün müraciət edib. İndiyədək ən çox müraciət “BYD” brendindən gəlib – 1500-dən çox model üçün subsidiya əldə olunması məqsədilə müraciətlər daxil olub.

“BYD” brendindən sonra 1100-dən çox müraciətlə ABŞ istehsalı olan “Tesla” ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 500-dən çox müraciətlə Cənubi Koreyanın “Hyundai” brendi tutur.

Proqram çərçivəsində “Volvo”, “Kia”, “Volkswagen” və “Cenntro” kimi digər məşhur elektromobil markaları da yer alıb. Hazırda ümumilikdə 6 800-dən çox elektromobilin alınması üçün müraciətlər qeydiyyata alınıb.

Macarıstanın təşviq etdiyi bu proqram həm elektromobillərin yayılmasına təkan verir, həm də Aİ-də Çin brendlərinin artan təsirini bir daha göstərir.

Xəbər lenti

Xəbər lenti