Bakı. Trend:
Türkiyənin Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri şəhərin qərbində yerləşən Simav rayonunda olub. Zəlzələ yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23) qeydə alınıb və ocağı 8,81 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur.