Bakı.Trend:
Hindistan və Pakistandan olan hərbçilər arasında Cammu və Kəşmir ittifaq ərazisinin təmas xəttində atışma baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri ordudan olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, atışmada ölən və yaralanan olmayıb.
Qeyd edək ki, iki ölkə arasında gərginlik Cammu və Kəşmir ittifaq ərazisinin Paxalqam şəhərində 26 dinc sakinin ölümü ilə nəticələnmiş terror aktından sonra alovlanıb.