...

İranın İsfahan şəhərində partlayıcı maddələr anbarında partlayış baş verib

Dünya xəbərləri Materials 29 Aprel 2025 21:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın İsfahan şəhərində partlayıcı maddələrin istehsalı ilə məşğul olan “Avanar Persian” şirkətinə məxsus anbarda güclü partlayış baş verib.

Trend-in “Azad İran” Telegram kanalına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb. Anbar kimyəvi məhsullar istehsal edən sənaye kompleksinin ərazisində yerləşir. Bildirilir ki, müəssisənin dron istehsalı ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

Qeyd edək ki, cəmi üç gün əvvəl İranın Şəhid Rəcai limanında yerləşən kimyəvi maddələr anbarında da partlayış baş vermişdi. Həmin faciə nəticəsində azı 70 nəfər ölmüş, 1 200-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti