Bakı. Trend:
Çibok Yerli Rəhbərlik Bölgəsinin Kopl kəndində keçirilən anım mərasiminə silahlı basqın nəticəsində azı 14 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, Nigeriyanın "Vanguard" nəşri ölkənin şimal-şərqində yerləşən Borno əyalətində baş vermiş qanlı hücum barədə xəbər yayıb.
Hadisədə "Boko Haram" terror təşkilatının əli olduğundan şübhələnilir. Nəşr yazır ki, terrorçular kəndi ələ keçirdikdən sonra 14 nəfərin cəsədi tapılıb.
Yaralıların əksəriyyəti əlavə tibbi yardım üçün qonşu Adamava əyalətindəki xəstəxanalara köçürülüb. Eyni zamanda, silahlı şəxslərin kənddəki yerli kilsəni və 10 yaşayış evini yandırdığı da qeyd olunur.