...

Çin hökuməti 1,24 trilyon yuan dəyərində yeni istiqraz buraxdı

Dünya xəbərləri Materials 30 Aprel 2025 03:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin yerli hökumətləri 2024-cü ilin əvvəlindən indiyədək ümumilikdə 1,24 trilyon yuan (təxminən 172 milyard dollar) həcmində yeni istiqraz buraxıblar.

Trend xəbər verir ki, bu məbləğin əsas hissəsini – 960,3 milyard yuanı (təxminən 131,8 milyard dollar) xüsusi istiqrazlar, 279,1 milyard yuanını isə adi istiqrazlar təşkil edir.

Xatırladaq ki, 2023-cü ilin sonuna olan məlumata əsasən, Çində “gizli borclar” kimi tanınan borcların ümumi həcmi 14,3 trilyon yuana (təxminən 2 trilyon dollar) çatmışdı. Bu kontekstdə Çin hökuməti 2024-cü ildə bu borc böhranını yumşaltmaq məqsədilə 10 trilyon yuan (təxminən 1,4 trilyon dollar) həcmində dəstək proqramı açıqlayıb.

Bundan əlavə, 2025-ci ilin martında Maliyyə Nazirliyi iri dövlət kommersiya banklarını dəstəkləmək üçün 500 milyard yuan (təxminən 69,7 milyard dollar) dəyərində xüsusi xəzinə istiqrazlarının buraxıldığını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti