...

Mark Karni Kanadada seçkiləri qazanaraq hökuməti formalaşdıracaq

Dünya xəbərləri Materials 30 Aprel 2025 04:12 (UTC +04:00)
Mark Karni Kanadada seçkiləri qazanaraq hökuməti formalaşdıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Liberal Partiyası erkən parlament seçkilərində ən çox səs toplayaraq ölkənin növbəti hökumətini formalaşdırmaq hüququ qazanıb.

Trend xəbər verir ki, bu barədə Radio Canada məlumat yayıb.

Liberal Partiyası Mark Karninin liderliyi ilə 8,3 milyon seçicinin dəstəyini qazanaraq 168 mandat əldə edib. Əsas rəqibi olan Mühafizəkarlar Partiyası isə 144 yer və 7,9 milyon səs toplamaqla ikinci yeri tutub.

Üçüncü sırada 23 yer və 1,2 milyon səslə Kvebek Bloku qərarlaşıb. Yeni Demokrat Partiyası 7 mandat və 1,2 milyon səslə dördüncü, Yaşıllar Partiyası isə 1 yer və 238,7 min səslə sonuncu olub.

343 yerlik Parlamentdə mütləq əksəriyyət (172 mandat) üçün yetərli sayda yer qazana bilməyən liberalların hökuməti formalaşdırmaq üçün Kvebek Bloku ilə əməkdaşlıq edəcəyi gözlənilir.

Hələ 30 seçki dairəsində nəticələr qəti şəkildə müəyyən edilmədiyindən, yekun rəqəmlərin dəyişməsi ehtimal olunur. Xaricdə səs verən seçicilərin bülletenləri sabah hesablanmağa davam edəcək.

Bununla belə, artıq Mark Karninin liderliyindəki Liberal Partiyasının qələbəsi rəsmiləşib. Təcrübəli iqtisadçı olan Karni seçki kampaniyası boyunca ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı təhdidlərini əsas mövzuya çevirib. Tramp son aylarda Kanada iqtisadiyyatına, xüsusən də polad və alüminium sənayesinə qarşı ticarət təzyiqləri ilə yanaşı, ölkəni ABŞ-nin "51-ci ştatı"na çevirmək kimi təhdidlər də səsləndirib.

Ottavada tərəfdarları qarşısında etdiyi çıxışda Karni, Kanadanın milli maraqlarını qoruyacağına və ölkə iqtisadiyyatını şaxələndirərək Asiya və Avropadakı etibarlı tərəfdaşlarla əlaqələri gücləndirəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti