...

İspaniyada elektrik böhranı aradan qaldırıldı

Dünya xəbərləri Materials 30 Aprel 2025 05:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Daxili İşlər Nazirliyi elektrik təchizatı ilə bağlı problemlər səbəbilə elan edilmiş fövqəladə vəziyyətin ölkənin bir sıra bölgələrində ləğvi barədə qərar qəbul edib.

Trend xəbər verir ki, Daxili işlər naziri Fernando Qrande-Marlaska Andalusiya, Valensiya, Qalisiya, Kastiliya-La-Manç, Mursiya və Rioxa bölgələrində fövqəladə vəziyyət rejimini dayandırıb. Qərar elektrik kəsintisinin nəticələrinin aradan qaldırılması fonunda qəbul olunub.

Bununla belə, Ekstremadura və Madrid bölgələrində fövqəladə rejim hələ də qüvvədə qalır, çünki yerli hökumətlər onun ləğvini hələlik tələb etməyiblər.

Xatırladaq ki, aprelin 28-də İspaniyada baş verən genişmiqyaslı elektrik təchizatı fasilələri aviasiya, dəmir yolu və ictimai nəqliyyat sistemlərinə ciddi təsir göstərmişdi. Madriddə işıqforlar fəaliyyətini dayandırmış, apteklər, mağazalar və restoranlar enerjisiz qalmışdı. Nasazlıq həmçinin Portuqaliya və Fransaya da yayılmışdı.

Hadisədən bir qədər sonra “Red Electrica” operatoru elektrik enerjisi təminatının 99,16 faizinin bərpa olunduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti