Bakı. Trend:
Braziliya polisi şənbə günü Rio-de-Janeyrodakı məşhur Kopakabana çimərliyində keçirilən Ledi Qaqanın konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.
Trend xəbər verir ki, hücum nifrət nitqi, yeniyetmələrin radikallaşması, özünə zərərvermə və zorakılığı təbliğ edən bir qrup tərəfindən hazırlanıb. Polisin açıqlamasında bildirilib ki, şübhəlilər əldə düzəldilmiş partlayıcılar və "Molotov" kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün, azyaşlılar da daxil olmaqla, iştirakçılar cəlb ediblər.
Hücumla əlaqədar olaraq 2 nəfər saxlanılıb.
Rio şəhər meriyasının verdiyi məlumata əsasən, amerikalı pop ulduzun konsertinə təxminən 2,1 milyon insan toplaşıb.