Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri müxtəlif istiqamətlərdən Moskva istiqamətində uçan 19 pilotsuz uçuş aparatını vurub.
Trend-in məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında yazıb.
"Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan beş pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntıların olduğu yerdə təcili yardım xidmətləri çalışır", - deyə o bildirib.
Daha sonra paytaxt meri daha 14 PUA-nın məhv edilməsi barədə məlumat verib. Dronlardan biri Kaşirskoye şossesində qəzaya uğrayıb.