...

Tramp Hindistanın Pakistana zərbələrini "rüsvayçılıq" adlandırıb

Dünya xəbərləri Materials 7 May 2025 01:43 (UTC +04:00)
Tramp Hindistanın Pakistana zərbələrini "rüsvayçılıq" adlandırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Hindistanın Pakistana zərbələrini "rüsvayçılıq" adlandırıb.

Trend xəbər verir ki, o, silahlı gərginliyin tezliklə başa çatacağına ümid edir.

"Təəssüf. Onlar onilliklərdir - əsrlər boyu mübarizə aparırlar. Ümid edirəm ki, bu, tez bitəcək", - deyə Tramp bildirib.

Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Xəbər lenti

Xəbər lenti