Bakı. Trend:
Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri ləğv etmək niyyəti ilə bağlı bəyanatını alqışlayıb və bu hadisəni Suriya xalqı üçün dönüş nöqtəsi adlandırıb.
Trend-in məlumatına görə, bu barədə nazir "SANA" agentliyinə bildirib.
"Biz [ABŞ] Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Bu hadisə Suriya xalqı üçün böyük dönüş nöqtəsidir, çünki ölkə gələcəyin qurulması və sabitliyin [əldə edilməsi], özünü təmin etmək, eləcə də dağıdıcı müharibə illərindən sonra bərpa kursunu seçdi", - deyə o qeyd edib.