...

Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı İstanbula səfərini istisna etmir

Dünya xəbərləri Materials 15 May 2025 13:58 (UTC +04:00)
Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı İstanbula səfərini istisna etmir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının nəticə verəcəyinə ümidini ifadə edən ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırmadığını, lakin “lazım gələrsə” ora gedəcəyini söyləyib.

Trend xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadən məlumat yayıb.

Donald Tramp jurnalistlərdən birinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üzrə danışıqların keçiriləcəyi İstanbula nə üçün getmədiyi ilə bağlı sualına cavab verib.

“Mən orada olmadığım üçün Vladimir Putinin də gələcəyini düşünmürdüm. Mənim olmadığım yerə o niyə getsin?”, - deyə ABŞ lideri bildirib.

Türkiyə Prezidentinin Administrasiyasından bildiriblər ki, hakimiyyət orqanları Donald Trampın İstanbula mümkün səfəri ilə bağlı hələlik informasiya almayıblar.

Xatırladaq ki, mayın 15-də İstanbul şəhərində Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında danışıqlar gözlənilir. Son məlumata görə, görüş günün ikinci yarısında başlayacaq.

Xəbər lenti

Xəbər lenti