...

Sloveniyada Melaniya Trampın bürünc heykəli oğurlanıb

Dünya xəbərləri Materials 16 May 2025 03:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniyanın Sevnitsa şəhərində ABŞ-nin sabiq birinci xanımı Melaniya Trampın şərəfinə ucaldılmış bürünc heykəl naməlum şəxslər tərəfindən oğurlanıb.

Trend xəbər verir ki, heykəl xüsusi mülkiyyətdə yerləşdiyi və hasara alındığı halda, təcavüzkarlar maneələri aşaraq obyektə daxil ola biliblər.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, oğrular heykəli topuq hissəsinə qədər mişarla kəsərək naməlum istiqamətə aparıblar.

Heykəltəraş Bred Dauni və yerli polis hadisə ilə bağlı istintaqa başlayıb. “Oğurluq barədə mayın 13-də məlumat daxil olub və polis dərhal hadisə yerinə baxış keçirib,” – deyə polis rəsmisi Alenka Drenik Ranqus bildirib.

Melaniya Trampın doğulduğu Sevnitsa şəhərində əvvəlcə taxta heykəl ucaldılmışdı. Lakin o, 2019-cu ildə naməlum şəxslər tərəfindən yandırılaraq zədələndiyi üçün 2020-ci ildə onun əvəzinə bürüncdən hazırlanmış nüsxə quraşdırılmışdı.

Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti