...

BƏƏ Donald Trampa dövlət ordeni təqdim edib

Dünya xəbərləri Materials 16 May 2025 04:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ Prezidenti Donald Tramp yüksək dövlət ordeni ilə təltif olunub.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Yeni Şafak” qəzeti yayıb. Bildirilir ki, orden Trampa BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunub.

Təltifin səbəbi kimi Trampın ABŞ ilə BƏƏ arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər göstərilir.

Qeyd edək ki, Tramp bu mükafatı Yaxın Şərqə səfəri çərçivəsində BƏƏ-yə etdiyi rəsmi ziyarət zamanı alıb.

Xəbər lenti

Xəbər lenti