...

Almaniya 2029-cu ilə qədər 81 milyard avro vergi gəlirindən məhrum ola bilər – Der Spiegel

Dünya xəbərləri Materials 16 May 2025 05:53 (UTC +04:00)
Almaniya 2029-cu ilə qədər 81 milyard avro vergi gəlirindən məhrum ola bilər – Der Spiegel
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Maliyyə Nazirliyi 2029-cu ilə qədər ölkənin vergi gəlirlərində təxminən 81,2 milyard avroluq azalma olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel jurnalı yazıb.

Jurnalın məlumatına görə, cümə axşamı təqdim olunan yeni proqnoz 2025–2029-cu illəri əhatə edir və 2024-cü ilin oktyabrında açıqlanan əvvəlki rəqəmlərlə müqayisədə 33,3 milyard avro daha az gəlirin olacağını göstərir.

Maliyyə naziri Lars Klinqbeyl vergi proqnozlarının federal büdcənin hazırlanmasında mühüm rol oynadığını bildirib:

“Nəticələr göstərir ki, biz gəlirləri yalnız iqtisadi artımı sürətləndirməklə artıra bilərik. Bu da yeni maliyyə çevikliyinə nail olmağın yeganə yoludur”.

Nazir əlavə edib ki, Almaniya bu məqsədlə son onilliklərin ən böyük modernləşdirmə mərhələsinə başlayır.

Hökumət rəsmiləri bu göstəricilərin CDU/CSU və SPD arasında aparılan koalisiya danışıqlarında gözlənilənlərə uyğun olduğunu bildirirlər. Hazırkı vəziyyət büdcədə daha qənaətcil siyasət və ya iqtisadi artımı stimullaşdıracaq tədbirlərin zəruriliyini ön plana çıxarır.

Xəbər lenti

Xəbər lenti