...

İngiltərədə tarixi avtomobil mərkəzində güclü yanğın baş verib

Dünya xəbərləri Materials 16 May 2025 05:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Oksfordşir qraflığında yerləşən tarixi avtomobil istehsalı mərkəzi – “Bicester Motion” kompleksində güclü yanğın baş verib.

Trend-in “Mirror” qəzetinə istinadla yaydığı məlumata görə, hadisə keçmiş aviabaza ərazisində baş verib.

Burada klassik avtomobillərin bərpası ilə məşğul olan 50-dən çox ixtisaslaşmış müəssisə fəaliyyət göstərir.

Lokal şura üzvü Sem Holland bildirib ki, hadisə yerindən partlayış səsləri eşidilir və qalın tüstü buludları bir neçə kilometr uzaqdan görünür.

Oksfordşir qraflığının xilasetmə xidməti bildirib ki, yanğının söndürülməsinə 10 yanğınsöndürən briqada cəlb olunub.

Yerli sakinlərə pəncərələri bağlamaq və küçəyə çıxmamaq tövsiyə edilib. Yanğının səbəbləri və mümkün tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti