...

Tramp körfəz ölkələrinə səfərini yekunlaşdırıb

Dünya xəbərləri Materials 16 May 2025 17:07 (UTC +04:00)
Tramp körfəz ölkələrinə səfərini yekunlaşdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliyini tərk edib və bununla Körfəz ölkələrinə səfərini başa çatdırıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının rəhbəri prezident seçilməsindən sonra ilk xarici turu çərçivəsində Ər-Riyad, Doha və Əbu-Dabi şəhərlərində olub.

Trampın Körfəz ölkələrinə səfəri dörd gün davam edib və bir sıra iriq iqtisadi sövdələşmələrin bağlanması ilə müşayiət olunub. Onların arasında – ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumilikdə 600 milyard dollar məbləğinda sazişlər və investisiya öhdəlikləri, həmçinin “Qatar Airways” şirkətinin 210 geniş füzelyajlı “Boeing” təyyarələri ilə tədarükü haqqında müqavilə yer alır.

ABŞ və Səudiyyə Ərəbistanı arasında əldə olunmuş razılaşmalardan biri, ABŞ-nin krallıq ordusunu 142 milyard dollar məbləğində silah və texnika ilə təchizatını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti