...

Koreyada təkər zavodunda yanğın baş verib

Dünya xəbərləri Materials 17 May 2025 11:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada ölkənin təkər istehsalı üzrə ən iri ikinci şirkət sayılan “Kumho Tire Co.”nun zavodunda güclü yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla 07:11-də meydana gəlib və sürətlə müəssisənin istehsalat binalarına yayılıb. Nəticədə yanğın artıq zavod kompleksinin qərb hissəsinin təxminən 70 faizini – təxminən 5 futbol meydanı böyüklüyündə sahəni əhatə edib.

Yanğının söndürülməsinə ölkənin az qala bütün bölgələrindən yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisə ilə əlaqədar müəssisədə çalışan 400-ə yaxın işçi təxliyə olunub. Bir nəfər yaralanaraq xəstəxanaya çatdırılsa da, onun həyatına hər hansı təhlükənin olmadığı deyilir.

İlkin ehtimala görə, yanğın xam rezinin qızdırılması üçün istifadə olunan avadanlıqdan qaynaqlanıb. Həmin vaxt müəssisənin ərazisində 20 tona yaxın xam rezin materialı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti