...

Argentinada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Dünya xəbərləri Materials 18 May 2025 08:55 (UTC +04:00)

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayresin şəhərətrafı qəsəbələrində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə "La Nación" qəzeti regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.

Mayın 17-dən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir.

Xəbər lenti

Xəbər lenti