...

Almaniyada bar qarşısında bıçaqlı hücum baş verib

Dünya xəbərləri Materials 18 May 2025 17:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən gecə Almaniyanın Bielefeld şəhərində bar qarşısında naməlum şəxs bıçaqla insanlara hücum edib. Hadisə nəticəsində azı beş nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

Trend-in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 04:20 radələrində “Cutie” barının qarşısında baş verib.

Hücum zamanı cinayətkar həm bıçaqdan, həm də dəyənəkdən istifadə edərək, ətrafdakılara fərq qoymadan hücum edib.

İki yaralının həyatı uğrunda həkimlərin mübarizəsi davam edir.

Cinayətkar hadisə yerindən qaçsa da, bel çantasını orada qoyub. Çantanın içərisində silah, yanar maye ilə dolu şüşə və Suriya vətəndaşının adına verilmiş Almaniyada yaşama icazəsi aşkarlanıb.

Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və onun axtarışı davam etdirilir. Almaniya polisi insidentin terror aktı olması ehtimalını istisna etmir.

Xəbər lenti

Xəbər lenti