Bakı. Trend:
Pakistanın cənub-qərbində yerləşən Baloçistan əyalətinin Qilləh Abdullah şərhədinə terror aktı törədilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bazar qarşısında avtomobilin partladılması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Məlumata görə, partlayış dalğasından ətrafda olan ticarət obyektlərinə, o cümlədən silahlı qüvvələrə aid binaya ziyan dəyib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Əsas şübhələr Baloçistandan olan separatçı qruplaşmaya yönəlib. Onlar mütəmadi olaraq bölgədə mülkilərə və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçriirlər.