Bakı. Trend:
Aİ ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini daha da artırmaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı barədə bəzi Avropa ölkələrinin rəhbərliyini məlumatlandırıb.
Kornelius qeyd edib ki, ABŞ prezidenti və avropalı tərəfdaşlar gələcək addımlar barədə razılığa gəliblər:
"Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artıracaqlarını bildiriblər".