...

Ötən ay Çindən ABŞ-yə ixracat 21 faiz azalıb

Dünya xəbərləri Materials 20 May 2025 19:51 (UTC +04:00)
Ötən ay Çindən ABŞ-yə ixracat 21 faiz azalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayında ticarət müharibəsi fonunda Çindən ABŞ-yə ixracat 21 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Məlumata görə, ABŞ-Çin ticarətindəki azalma Donald Tramp administrasiyasının hələ idxal tarifləri tətbiq etməsindən öncə, mart ayında başlayıb.

Ötən ay əsasən “Apple” cihazları da daxil olmaqla, Birləşmiş Ştatlara smartfon tədarükü 72 faiz azalaraq 700 milyon dollara enib. Bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, Pekin ABŞ-dan ət idxalını 29 faiz azaldıb.

Qeyd edək ki, ABŞ və Çin arasında gömrük mübahisəsinin həlli üzrə Cenevrə görüşündə tərəflər tariflərin müvəqqəti azaldılması barədə razılığa gəliblər. Mayın 14-dən başlayaraq 90 gün müddətində qüvvədə qalacaq tənzimləmə dövründə Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi rüsumlar 145 faizdən 30 faizə, Pekinin ABŞ məhsullarına rüsumları isə 125 faizdən 10 faizə endiriləcək.

Dünyada ən böyük iqtisadiyyata malik iki ölkə arasında münasibətlər aprel ayında ticarət mübahisəsinin kəskinləşməsi səbəbindən daha da gərginləşib. Birləşmiş Ştatların Prezidenti Donald Tramp Çin mallarına 145 faiz, Pekin isə ABŞ mallarına 125 faizlik rüsum tətbiq edib.

Xəbər lenti

Xəbər lenti