...

Pakistan həbsxanalarından üç gündə 438 əfqan məhbus buraxılıb

Dünya xəbərləri Materials 20 May 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son üç gündə ümumilikdə 438 əfqan məhbus Pakistan həbsxanalarından azad edilərək Əfqanıstana qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Qaçqınlar və Repatriasiya Nazirliyi çərşənbə axşamı məlumat yayıb.

Açıqlamada bildirilir ki, geri qayıdanlar ölkənin cənub və şərqindəki sərhəd-keçid məntəqələrində yardım alaraq öz əyalətlərinə aparılıb.

Son iki həftə ərzində isə Pakistanda saxlanılan minə yaxın əfqan azad edilərək vətəninə qaytarılıb. Əksəriyyəti sənədsiz olan təxminən 7 milyon əfqanıstanlı qaçqın hələ də xaricdə, əsasən qonşu İran və Pakistanda yaşayır.

Xəbər lenti

Xəbər lenti