...

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Dünya xəbərləri Materials 20 May 2025 23:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Hindistanın cənubuna yağan güclü leysan yağışları Karnataka ştatının Benqalur şəhəri də daxil olmaqla bir sıra ərazilərdə genişmiqyaslı daşqınlara səbəb olub, gündəlik həyat ciddi şəkildə pozulub.

Trend-in Hindustan Times-a istinadən verdiyi məlumata görə, Karnataka ştatında qeyri-sabit hava şəraiti nəticəsində azı 5 nəfər həyatını itirib.

Hindistan Meteorologiya Departamenti (IMD) Karnataka, Kerala və Tamilnad ştatlarında yağıntıların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Karnataka Baş Nazirinin müavini D.K. Şivakumarın sözlərinə görə, yalnız Benqalur şəhəri üzrə 210 daşqın riski olan ərazi müəyyən olunub. Hazırda yerli hakimiyyət orqanları daşqınların qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti