Bakı. Trend:
Birləşmiş Ştatlar Qızıl Qübbə (Iron Dome) raketdən müdafiə sisteminin quruda, dənizdə və kosmosda yerləşdiriləcək texnologiyaları əhatə edən yeni arxitekturası ilə bağlı qərar qəbul edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Pentaqon rəhbəri Pit Heqsllə birgə keçirdiyi brifinq zamanı bildirib. Brifinqdə sistemin yaradılması üçün vəsaitin ayrılması məsələsi müzakirə olunub.
“Məmnuniyyətlə elan edirəm ki, biz artıq quruda, dənizdə və kosmosda yerləşdiriləcək yeni nəsil texnologiyalar – o cümlədən kosmosa əsaslanan sensorlar və kəsici qurğulardan istifadə edəcək bu qabaqcıl sistemin arxitekturasını rəsmi şəkildə müəyyənləşdirmişik”, – deyə ABŞ Prezidenti vurğulayıb.