Bakı. Trend:
Amerikanın Google korporasiyası süni intellektdən (AI) istifadə edərək video yaratmaq və ona audio müşayiət əlavə etmək üçün yeni model olan Veo 3-ü istifadəyə verib.
Trend xəbər verir ki, bu barədə məlumat Google-nun süni intellektlə məşğul olan bölməsi DeepMind-in rəsmi saytında yerləşdirilib.
DeepMind-in açıqlamasında bildirilir:
“Veo 3 sizə yaradıcılığınıza səs effektləri, ətraf mühitin səsləri
və hətta dialoqlar əlavə etməyə imkan verəcək.”
Hazırda bu alət yalnız ABŞ istifadəçiləri üçün əlçatandır. Yeni modelin həm həvəskarlar, həm də peşəkar kinorejissorlar tərəfindən geniş istifadə olunacağı gözlənilir.
CNBC-nin məlumatına görə, Veo 3 Google-un əsas üstünlüyü sayılan səs əlavə etmə funksiyası ilə OpenAI-nin süni intellektlə video yaradan Sora modeli ilə rəqabət aparır.