...

Robert F. Kennedi ÜST-ni "ölməkdə olan" təşkilat adlandırıb

Dünya xəbərləri Materials 21 May 2025 06:21 (UTC +04:00)
Robert F. Kennedi ÜST-ni "ölməkdə olan" təşkilat adlandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Robert F. Kennedi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) "şişmiş" və "ölməkdə olan" təşkilat adlandırıb.

Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlama Cenevrədə keçirilən illik Ümumdünya Səhiyyə Assambleyasında nümayiş etdirilən videoçarxda yer alıb. Video “Fox News” telekanalı tərəfindən lentə alınıb və daha sonra Assambleyada nümayiş etdirilib.

Nazir çıxışında bildirib: “Dünyanın səhiyyə nazirlərini və ÜST-ni təşkilatdan çıxmağımızı oyanış siqnalı kimi qəbul etməyə çağırıram. Biz artıq fikirlərimizi bölüşən ölkələrlə əlaqə saxlamışıq və digərlərini də bizə qoşulmağa dəvət edirik”.

O vurğulayıb ki, ölkələr ÜST-nin “ölməkdə olan” strukturlarının məhdudiyyətlərindən əziyyət çəkməməli, əvəzində daha qənaətcil, səmərəli, şəffaf və hesabatlı yeni institutlar yaratmalı və ya mövcud olanları təkmilləşdirməlidirlər.

Qeyd edək ki, BMT agentliyinin əsas donoru olan ABŞ Prezident Donald Trampın dövründə – onun prezidentliyinin ilk günündə ÜST-dən çıxacağını bəyan etmişdi. Bu addım nəticəsində təşkilat hazırda keçirilən assambleyada islahatlar vasitəsilə həll etməyə çalışdığı böyük büdcə kəsiri ilə üzləşib.

Kennedinin bu açıqlamaları ÜST-yə üzv ölkələrin gələcək pandemiyalara daha yaxşı hazırlaşmaq məqsədilə saziş qəbul etməsindən bir neçə saat sonra yayımlanıb.

Xəbər lenti

Xəbər lenti