...

Qazaxıstanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 23 May 2025 15:56 (UTC +04:00)
Qazaxıstanda güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın şərqində güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Qazaxıstanın 145 min nəfər əhalisi olan Taldıkorqan şəhərindən 20 kilometr aralıda qeydə alınıb.

Yeraltı təkanın 4,6 bal gücündə olduğu bildirilir.

Zəlzələnin yeraltı ocağı 20 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti