Bakı. Trend:
İtaliyalı dəmiryolçular sahənin ən iri həmkarlar ittifaqlarının çağırışı ilə ümummilli tətilə çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dəmiryolçuların iş yerlərinə çıxmaması səbəbilə ölkədə artıq onlarla qatar reysləri təxirə salınıb. Eyni zamanda, bir çox reyslərdə gecikmələr müşahidə olunur.
Romanın bəzi şəhərkənarı qatarlarının 1 saat 40 dəqiqəyə qədər gecikdiyi bildirilir. “FS İtaliane” dövlət dəmiryolları şirkəti tətilin təsirinə məruz qalmayan qatar reyslərinin siyahısını dərc edib.
Qeyd edək ki, italiyalı dəmiryolçular milli kollektiv müqavilənin etibarlılıq müddətinin artırılmasını, daha layiqli iş şərtlərinin yaradılmasını tələb edir. Onlar, eyni zamanda, personalın azlığından və bu səbəbdən işçilərin normadan artıq “yüklənməsindən” şikayətlənir.