Bakı. Trend:
Pakistan Hava Limanlarının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanması müddətini iyunun 24-dək uzadıb.
Trend xəbər verir ki, bu barədə Pakistanın “Dawn” portalı məlumat yayıb.
“Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb”, – Pakistan Hava Limanları İdarəsinin bəyanatında bildirilib.
Məlumatda əlavə olunub ki, Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanından istifadəsinə icazə verilməyəcək.
Qeyd edək ki, Pakistan aprelin 24-də hava məkanını Hindistan aviaşirkətləri üçün bir aylıq bağlamışdı.
