Bakı. Trend:
Federal hakim Tramp administrasiyasının Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbulunu qadağan edən qərarını əngəlləyib.
Trend xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, verilmiş müvəqqəti qadağa hökumətin Harvard Universitetini sertifikatdan məhrum etməsinin qarşısını alır və ali məktəbə ABŞ-da təhsil almaq istəyən əcnəbi tələbələri qəbul etmək imkanı verir.
Qeyd edək ki, mayın 22-də The New York Times qəzeti Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbə qəbulunu dayandırdığını yazmışdı.