Bakı. Trend:
ABŞ elektrik, su və humanitar yardımın təmin edilməsi məqsədilə Suriyaya qarşı tətbiq edilən bəzi sanksiyaları müvəqqəti olaraq 180 gün müddətinə dayandırıb.
Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin yaydığı bəyanatda bildirib.
"Prezidentin Suriyada sanksiyaların yumşaldılmasına dair verdiyi vədə uyğun olaraq, mən 180 günlük sanksiyaların dayandırılması haqqında qərar imzaladım. Bu addım elektrik enerjisi, su və kanalizasiya sistemlərinin təminatına kömək edəcək, həmçinin bütün Suriyada daha effektiv humanitar yardım göstərilməsinə imkan verəcək", – bəyanatda qeyd olunub.