...

Milli Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərildi

Dünya xəbərləri Materials 24 May 2025 06:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı, Trend:

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) 100-dən çox əməkdaşı cümə günü inzibati məzuniyyətə göndərilib.

Trend CNN telekanalına istinadla xəbər verir ki, bu barədə məlumatı bir neçə mənbə təsdiqləyib.

Məlumata görə, günorta saatlarında MTŞ-nin aparat rəhbəri Brayan Makkormak işdən uzaqlaşdırılacaq şəxslərə elektron məktub göndərərək onların 30 dəqiqə ərzində ofisi tərk etməli olduqlarını və şəxsi əşyalarını götürməli, iş cihazlarını isə təhvil verməli olduqlarını bildirib.

İnzibati məzuniyyətə göndərilənlər arasında həm karyera diplomatları, həm də ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlamasından sonra təyin olunan şəxslər yer alır.

Qeyd edək ki, bundan öncə Axios portalı Tramp administrasiyasının MTŞ-də ciddi struktur islahatlarına hazırlaşdığını və əməkdaş sayının əhəmiyyətli dərəcədə azaldılacağını bildirmişdi.

Nəşr qeyd edib ki, bu dəyişikliklər çərçivəsində MTŞ-nin bəzi funksiyaları Dövlət Departamenti və Pentaqona ötürüləcək. Şura isə əsasən koordinasiya və məsləhət funksiyalarını yerinə yetirəcək, birbaşa siyasi qərarların icrasına cəlb olunmayacaq.

Xəbər lenti

Xəbər lenti