Bakı.Trend:
ABŞ-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib.
Trend xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, MTŞ əməkdaşları aparatının rəhbəri Brayan Makkormak bu barədə işçilərin elektron poçt ünvanlarına müvafiq bildiriş göndərib.
Bildirişdə deyilir ki, adı qeyd olunan əməkdaş yarım saat ərzində şəxsi əşyalarını toplayaraq iş yerini tərk etməlidir.
İnzibati məzuniyyətə göndərilənlər arasında həm Trampın Ağ Evə gəlişindən əvvəl, həm də sonra işə götürülmüş məmurlar yer alır.
Bundan əvvəl “Axios” portalı Ağ Ev rəhbəri Donald Tramp və ABŞ dövlət katibi Marko Rubionun Ağ Evin Milli Təhlükəsizlik Şurasının təkrar təşkilatlanmasını həyata keçirdiyi və kardinal ixtisarlar planlaşdırdığı barədə məlumat yaymışdı.