Bakı. Trend:
Avropa ölkələri ABŞ prezidenti Donald Trampın administrasiyası bundan birbaşa imtina edərsə, Ukraynaya hərbi yardımı davam etdirmək üçün külli miqdarda Amerika silahı almaqda maraqlıdır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, Avropanın lazımi arsenal və ya kifayət qədər silah istehsal etmək imkanı yoxdur ki, ABŞ-nin iştirakı olmadan təkbaşına Kiyevi təchiz etməyə davam etsin. Avropa ölkələri mümkün həll yolunu daha çox Amerika silah sistemləri almaqda və sonra onları Ukraynaya göndərməkdə görür.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər. Nəşr qeyd edib ki, Qərb üçün bunun nəticəsində yaranacaq boşluğu doldurmaq çətin olacaq.