...

“easyJet” təyyarəsi bomba təhdidi səbəbilə Frankfurta məcburi eniş edib

Dünya xəbərləri Materials 26 May 2025 04:25 (UTC +04:00)
“easyJet” təyyarəsi bomba təhdidi səbəbilə Frankfurta məcburi eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Dalaman şəhərindən İngiltərənin Mançester şəhərinə uçan “easyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almaniyanın Frankfurt şəhərinə məcburi eniş edib.

Trend-in “Independent”ə istinadən verdiyi məlumata görə, mayın 25-də baş verən insidentə səbəb göyərtədə olan bir qadın sərnişinin isterik davranışlar sərgiləməsi olub. Qadın qəfil kabinədə qışqıraraq təyyarədə bomba olduğunu iddia edib və qəza vəziyyətində istifadə olunan çıxış qapısını açmağa cəhd göstərib. O, həmçinin oksigen maskaları və xilasedici jiletləri çıxarmağa çalışıb.

Qadın üç nəfər tərəfindən zərərsizləşdirilərək nəzarət altına alınıb. Təyyarə Frankfurt Hava Limanına təcili eniş etdikdən sonra hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti